RU

BMT: Hörmüz boğazından gəmi keçidi 97% azalıb

BMT: Hörmüz boğazından gəmi keçidi 97% azalıb

Regionda hərbi gərginliyin artması nəticəsində Hörmüz boğazı vasitəsilə gündəlik gəmi keçidləri 97% azalıb.

AFN.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) yaydığı hesabatda qeyd edilib. Təşkilatın təhlilləri göstərir ki, fevralın 1-dən 27-nə qədər boğazdan hər gün orta hesabla 129 gəmi keçdiyi halda, martın 3-nə olan məlumata görə bu göstərici tək rəqəmli hədlərə düşüb və hazırda cəmi 3-6 gəmi arasında dəyişir.

UNCTAD mütəxəssisləri vurğulayırlar ki, Hörmüz boğazı vasitəsilə gəmiçilik faktiki olaraq dayanıb. Bu vəziyyət dünya neft ixracının təxminən beşdə birinin keçdiyi strateji yolun bağlanması deməkdir.

Xatırladaq ki, martın 2-də İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ və İsrailin hərbi əməliyyatlarına cavab olaraq boğazın bağlanacağı barədə xəbərdarlıq etmişdi. İran Xarici İşlər Nazirliyi isə boğazın rəsmən qapalı olmadığını, lakin hər iki tərəfin zərbə endirmə ehtimalı səbəbindən gəmilərin və tankerlərin təhlükəsizlik qorxusu ilə ərazidən keçməyə risk etmədiklərini bildirib.

Избранный
37
afn.az

1Источники