RU

Qalmaqallı özbək həkim Elçin Hüseynovun evində olub?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda 60 manata əl enerjisi ilə xəstələri "müalicə" edən İqbol Soliyevin müğənni Elçin Hüseynovun evində qonaq olması barədə xəbərlər yayılıb.

Müğənninin köməkçisi Zəminə Rüstəmova Qaynarinfo-ya açıqlamasında bildirib ki, İqbol Soliyev Elçin Hüseynovun özünün yox, dostunun evində qonaq olub:

"Onun Azərbaycanda olması və şəfa verməsi ilə bağlı məlumat yayılıb. Elçin müəllimin anasının yerimə məhdudiyyəti var. Çox həkimlər müayinə edib, amma nəticəsi yoxdur. Anasının ayağa qalxması üçün bir övlad olaraq əlindən gələni edir. Buna görə də anasını aparıb, İqbol Soliyev deyib ki, bir neçə dəfə gətirmək lazımdır. Sonra aparmadılar. Yerimə məhdudiyyəti olduğundan onu harasa aparmaq çətindir. Anası özü də istəmədi".

Zəminə Rüstəmova müğənninin anasının alternativ həkimlərin nəzarətində olduğunu vurğulayıb.

Xatırladaq ki, Bakıda 60 manata əl enerjisi ilə xəstələri "müalicə" edən İqbol Soliyevin vətəni Özbəkistanda xalq təbabəti ilə bağlı qanunvericliyi pozduğuna görə 15 sutka həbs edildiyi bildirilir.

Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
62
1
qaynarinfo.az

2Источники