RU

BMTM-in dəstəyi ilə “Ortaq mədəniyyətin övladları – İraq türkmanları və Azərbaycan” kitabı nəşr olundu

BAKI, 11 mart. TELEQRAF

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü və dəstəyi ilə “Ortaq mədəniyyətin övladları – İraq türkmanları və Azərbaycan” kitabının yenilənmiş variantı işıq üzü görüb.

Teleqraf xəbər verir ki, nəşrin ön sözünün müəllifi BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevdir.

F.Şəfiyev qeyd edib ki, sərhədlərimizdən kənarda yaşayan və özünü Azərbaycan mədəni arealının bir hissəsi hesab edən icmalarla tarixi, mədəni və ədəbi əlaqələri qoruyub saxlamaq, bu bağları gücləndirmək Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir:

“Bu gün Azərbaycan və İraq arasında münasibətlərin yüksək səviyyədə olması iki ölkə xalqları, xüsusilə də türkmanlar ilə mədəni-ədəbi əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır”.

Tədqiqat əsərində İraq türkmanlarının tarixi, demoqrafiyası, məskunlaşma coğrafiyası, sosial-iqtisadi həyatı və adət-ənənələri geniş təhlil edilib.

Həmçinin türkmanların İraq tarixindəki rolu, görkəmli şəxsiyyətləri və azərbaycanlılarla mövcud olan qədim tarixi bağlar araşdırmada xüsusi yer tutur.

Layihənin rəhbəri Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının təmsilçisi Kənan Rövşənoğludur.

Kitab Azərbaycan və İraqdan olan alim və ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanıb.

Избранный
33
teleqraf.com

1Источники