“Sabah”ın qapıçısı Stas Pokatilov karyerasını Qazaxıstanda davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, təcrübəli qolkiperi “Aktobe” transfer etmək istəyir. Bu barədə Qazaxıstan klubunun idman direktoru Marat Xayrullin məlumat verib.
O, Pokatilovla maraqlandıqlarını təsdiqləyib. O, Stas Pokatilovla danışdığını və futbolçunun klubu ilə müqaviləsinin olduğunu bildirib.
“Aktobe”nin yaxın vaxtlarda bu transfer üçün rəsmi addım ata biləcəyi bildirilir.