RU

Rumıniya Koqelniçanu aviabazasından istifadə ilə bağlı ABŞ-nin sorğusunu nəzərdən keçirəcək

Rumıniya Prezidenti Nikuşor Dan ABŞ aviasiyasına öz hərbi bazalarına giriş imkanı verib-verməmək məsələsini müzakirə etmək üçün bu gün ölkənin Ali Müdafiə Şurasının iclasını çağırıb.

"Far.Az" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, daha əvvəl ABŞ ölkənin cənub-şərqindəki Mixail Koqelniçanu adına aviabazadan istifadə etməyə icazə vermək xahişi ilə Rumıniyaya müraciət edib.

Şura ilk dəfədir Yaxın Şərqdəki münaqişənin təhlükəsizlik baxımından nəticələrini və Rumıniyanın enerji bazarına təsirini müzakirə etmək üçün toplanacaq. Həmçinin, ABŞ hərbi qüvvələrinin Rumıniya ərazisində müvəqqəti yerləşdirilməsi məsələsi də gündəmə daxil ediləcək.

Qeyd edək ki, ötən il ABŞ Mixail Koqelniçanu adına Rumıniya aviabazasından 1000-ə yaxın hərbi qulluqçusunu çıxarıb. Daha 1000 amerikalı hərbi qulluqçu isə Rumıniyada qalmaqdadır.

Избранный
79
50
far.az

10Источники