RU

Gəncədə məcburi köçkün ailəsinin evi kül oldu VİDEO

Bizim media saytına istinadən ain.az xəbər verir.

Gəncə şəhərində məskunlaşmış məcburi köçkün ailəsinin yaşadığı evdə baş verən yanğın nəticəsində mənzil bütün əşyaları ilə birlikdə kül olub.Bizim.Media xəbər verir ki, bununla bağlı oxu.az-a müraciət daxil olub.

 

Kəlbəcər rayonunun Susuzluq kəndindən məcburi köçkün olan Lətif Sabir oğlu Yaqubov müraciətində bildirib ki, ailəsi hazırda Gəncə şəhərindəki 650 ailəlik yaşayış massivində müvəqqəti məskunlaşıb.

Onun sözlərinə görə, 17 fevral 2026-cı il tarixində yaşadığı evdəki yanğın nəticəsində mənzil tamamilə yararsız hala düşüb."Ailəmlə birlikdə küçədə qalmışıq. Hazırda qonşuların evində sığınacaq tapmışıq. Aidiyyəti qurumlara məlumat versək də, bu günə qədər heç kim vəziyyətimizlə maraqlanmayıb və bizə köməklik göstərilməyib", - deyə o bildirib.Məcburi köçkün ailəsi qeyd edir ki, onsuz da çətin olan yaşayış şəraiti baş verən hadisədən sonra daha da ağırlaşıb və hazırda yaşayış üçün heç bir imkanları yoxdur.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
125
1
bizim.media

10Источники