RU

Estoniya Parlamenti Naxçıvana hücumu qınayan bəyanat yayıb

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın Estoniyadakı səfirliyindən verilən məlumata görə, Estoniya Parlamenti Naxçıvan bölgəsinə İranın pilotsuz uçuş aparatı ilə edilən hücumla əlaqədar bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Estoniya Parlamentinin Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu martın 5-də Naxçıvan bölgəsinə İranın pilotsuz uçuş aparatı ilə edilən hücumla əlaqədar Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir. “Azərbaycana qarşı bütün hücumlar əsassızdır və yalnız münaqişənin gərginləşməsinə gətirib çıxaracaq. Mülki infrastruktura edilən hücumlar xüsusilə qəbuledilməzdir. Biz Azərbaycanda hücumdan zərər çəkmiş bütün şəxslərlə həmrəyliyimizi ifadə edir və Azərbaycanın bütün ərazisində sülhün dərhal bərpa olunmasını dəstəkləyirik”, - deyə bəyanatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
55
5
azvision.az

7Источники