RU

Tramp Minabdakı məktəbə hücumda ABŞ-nin iştirakını inkar etdi

ABŞ prezidenti Donald Tramp İranın Minab şəhərindəki məktəbə edilən hücumda Vaşinqtonun iştirak etdiyi xəbərləri rədd edib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bunu dəlillərin yetərsizliyinə əsaslanaraq deyib. 

Tramp bildirib ki, təqdim olunan dəlillərə baxmayaraq, ABŞ-nin həmin hücumla əlaqəsi olduğuna dair qəti sübut yoxdur.

Bundan əvvəl The New York Times qəzetinin apardığı təhlildə qeyd olunurdu ki, fevralın 28-də İranın cənubunda yerləşən Minab şəhərində dəniz bazası və ibtidai məktəbə endirilən ölümcül zərbələrin yerindən tapılan raket qalıqları ABŞ istehsalı olan "Tomahavk" raketləri ilə  uyğun izlər daşıyır.

Onun sözlərinə görə, “Tomahavk” dünyada geniş yayılmış silahdır və bir sıra ölkələr tərəfindən istifadə edilir.

“Mən bunu görməmişəm. Amma deyə bilərəm ki, ən güclü silahlardan biri olan «Tomahavk» digər ölkələr tərəfindən də istifadə olunur. Bu raket müxtəlif ölkələrə satılır və hazırda məsələ araşdırılır”, – deyə Tramp bildirib.

Aytac,

Sitat.info 
 

Избранный
103
1
sitat.info

2Источники