RU

Kreml: İstanbul Ukrayna üzrə danışıqlar platformasıdır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Moskva, 11 mart, AZƏRTAC

Ukraynadakı vəziyyətin nizama salınmasına dair danışıqlar prosesi davam edəcək, lakin növbəti mərhələnin konkret tarixi və yeri hələ müəyyən edilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlər üçün keçirilən brifinqdə bildirib. O qeyd edib ki, hazırda danışıqların davam edəcəyi barədə ümumi bir fikir var, lakin növbəti mərhələnin konkret məqamları hələ müəyyən edilməyib.

Peskov vurğulayıb ki, İstanbul danışıqlar üçün mümkün məkan ola bilər və bütün tərəflər buna müsbət yanaşır. Bununla belə, o əlavə edib ki, hazırkı şəraitdə danışıqların Əbu-Dabidə keçirilməsini nəzərdən keçirmək hələ mümkün deyil.

Eyni zamanda, Kremlin sözçüsü vurğulayıb ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların bütün iştirakçıları əvvəlki görüşlərin təşkilində göstərdikləri köməyə və üçtərəfli danışıqlar üçün yaradılan şəraitə görə Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
3
azertag.az

4Источники