RU

Çinin iSoftStone şirkəti ilə tərəfdaşlıq imkanları müzakirə edilib

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan və Çinin "iSoftStone" şirkəti arasında rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində tərəfdaşlıq imkanları müzakirə edilib.

XQ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr nazirin "iSoftStone"un icraçı vitse-prezidenti Li Huanq ilə görüşündə baş tutub.

Onun sözlərinə görə, tərəflər həmçinin texnologiya transferi, eləcə də Azərbaycanda kompüter və elektron avadanlıqlar istehsalını dəstəkləyəcək təchizat və dəyər zəncirinin formalaşdırılması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
49
7
xalqqazeti.az

8Источники