UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə səfərdə "Nyukasl Yunayted"lə 1:1 hesablı heç-heçə edən "Barselona"nın baş məşqçisi Hans-Diter Flik oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:
"Ən yaxşı oyunumuzu ortaya qoymağı bacarmadıq: topu tez-tez itirir, qol vəziyyətlərindən istifadə edə bilmirdik. Rəqibin sürətli oyunçularının sayı çoxdur. Buna rəğmən, müdafiə xəttimizdən razıyam. İntensiv qarşılaşma idi. Çox səhvlərə yol verdik. Qaydanı tez-tez pozur, topu özümüzdə saxlamaqla bağlı problem yaşayırdıq. Bərpa olunmalı və bazar günü keçirəcəyimiz növbəti oyuna hazırlaşmalıyıq. İstirahət və hazırlıq üçün vaxtımız var".
Trəflərin cavab qarşılaşması martın 18-də reallaşacaq.
Toğrul