RU

Vərəm xəstələri necə qidalanmalıdır? Həkimdən MƏSLƏHƏTLƏR

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Müalicə ilə paralel, müalicə ilə birlikdə mütləq xəstə insan, həmçinin xəstə uşaqların valideynləri xəstənin qidalanmasına fikir verməlidir. Bildiririk ki, vərəm prosesinin əsas əlamətlərindən biri iştahanın zəifləməsi və insanın çəki itirməsidir. Bu infeksiya orqanizmdə intoksikasiya yaradır. Bu səbəbdən infeksiya ilə mübarizə aparmaq üçün dərmanlarla yanaşı düzgün qidalanma da vacibdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova dedi.

Həkim əlavə etdi ki, insanın immunitetini bərpa etmək üçün qidanın rolu çox önəmlidir.

"Qida, əlbəttə ki, zülallı və kalorili olmalıdır. Maye qəbuluna da diqqət yetirmək lazımdır. Tərəvəz və meyvə gündəlik rasionda mütləq yer almalıdır. Xəstələr vitamin və minerallarla zəngin qidalar qəbul etməlidir. Diqqət edilməli məqamlardan biri də budur ki, bəzi xəstələr düşünür ki, daha çox yağlı qida qəbul etməlidir. Kalorili qida yağlı qida demək deyil. Yağlı qidalar dərmanlarla birlikdə qəbul edildikdə qaraciyərə daha çox zərər verə bilər. Bu səbəbdən xəstələrə yağlı qidalardan bir qədər uzaq durmağı tövsiyə edirəm. Spirtli içkilər qəbul etmək olmaz. Spirtli içkilər dərmanlarla birlikdə qəbul edilərsə, orqanizmdə mənfi reaksiyalar yarana bilər. Xəstələr pis vərdişlərdən uzaq olmalıdır, xüsusilə siqaret çəkməməlidir. Siqaret sağalma prosesini bir qədər çətinləşdirə bilər".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
1
redaktor.az

2Источники