RU

Məhəmməd Salah Çempionlar Liqasında oyun sayına görə “Liverpul”un rekordçusu olub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 mart, AZƏRTAC

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə ilk matçda meydana start heyətində çıxan İngiltərənin “Liverpul” komandasının futbolçusu Məhəmməd Salah yeni rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, bu, misirli hücumçunun Mersisayd klubunun heyətində Çempionlar Liqasında 81-ci matçı olub.

Salah bununla klub tarixində ÇL-də ən çox oyun keçirən futbolçuya çevrilib və Ceymi Karraqeri (80 oyun) geridə qoyub. İlk “üçlük”də, həmçinin 73 oyunla Stiven Cerrard yer alır.

Qeyd edək ki, İstanbulda keçirilən qarşılaşma “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə bitib. Məhəmməd Salah görüşün 60-cı dəqiqəsində əvəzlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
azertag.az

2Источники