RU

İsveçrənin İrandakı səfiri: Biz Azərbaycana gəlməyi seçdik

Astara, 11 mart, AZƏRTAC

İrandan Azərbaycana təxliyə olunan İsveçrə səfiri Olivier Bangerter jurnalistlərə müsahibəsində təhlükəsizlik tədbirlərinə və köməyə görə minnətdarlığını bildirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında deyib: “İsveçrə XİN yaranmış vəziyyətlə əlaqədar İrandakı səfirliyimizi müvəqqəti olaraq bağlamağa və ölkəni tərk etməyimizə qərar verdi. Biz isə Azərbaycana gəlməyi seçdik. Çünki Azərbaycanın Tehrandakı səfirliyi ilə çox yaxşı münasibətlərimiz var”.

“Azərbaycana ilk dəfə səfər edirəm və buna görə şadam. Burada olmaq böyük məmnuniyyətdir. Məni qarşıladığınız üçün çox təşəkkür edirəm”, - deyə o əlavə edib.

Müxbir - İlkin Adıyev

Избранный
15
3
azertag.az

4Источники