RU

İnstitut direktoru: "Vərəm tam sağalır"

"Vərəm düzgün diaqnoz qoyulduqda və müalicə kursu tam olaraq sona qədər davam etdirildikdə, tam sağalan xəstəliklər sırasına daxildir". 

“Cebheinfo.az” xəbər verir ki, bunu  Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib.

O qeyd edib ki, bu səbəbdən xəstələrin vaxtında həkimə müraciət etməsi və mütəxəssis seçimində diqqətli olmaları vacibdir:

“Vərəm xəstəliyinin müalicəsi ilə fiziatr ixtisaslı həkimlər məşğul olurlar. Bu mütəxəssislər müasir protokolları, diaqnostika və müalicə üsullarını yaxşı bilir və xəstəliyi digər infeksion xəstəliklərdən düzgün ayırd edə bilirlər. 

Xəstə düzgün müayinə olunduqda, uyğun müalicə təyin edildikdə və müalicə kursu yarımçıq saxlanmadan sona qədər davam etdirildikdə, xəstə tam sağala bilər. Bir müddət sonra həmin şəxs normal həyatına qayıdır və hətta bir vaxtlar vərəm xəstəsi olduğunu belə xatırlamır. 

Cəmiyyətdə vərəmə qarşı düzgün yanaşma formalaşdırılmalı, bu xəstəliyə stigmatizasiya ilə deyil, tibbi problem kimi baxılmalıdır”.

Избранный
73
2
cebheinfo.az

3Источники