RU

İran İsrail hərbi kəşfiyyat qərargahına zərbəENDİRDİ

İran silahlı qüvvələri İsrail ərazisində bir sıra hərbi hədəflərə zərbələr endirdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, İran ordusu dronlarla İsrail hərbi kəşfiyyat qərargahının binasına və digər obyektlərə hücum edildiyini bildirib.

İran Dövlət Televiziya və Radio Yayım Şirkətinin açıqlamasında qeyd olunub ki, hücumlar İsrailin hərbi kəşfiyyat qurumu Aman, 8200-cü bölmə, “Yaşıl Şam” radarı və Hayfa dəniz bazasındakı sualtı qayıq qərargah binalarından birinə yönəlib.

Bildirilib ki, hücumlar səhər saatlarından etibarən pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

Daha əvvəl isə İranın Birgə Hərbi Komandanlığı bundan sonra hədəflərin Yaxın Şərqdə yerləşən banklar və maliyyə qurumları olacağını açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Избранный
55
1
redaktor.az

2Источники