Stil yalnız moda trendinə uyğun geyinməkdən ibarət deyil, şəxsi tərzin sənin şəxsiyyətini və rahatlığını əks etdirməlidir.
Pravda.az öz üslubunu tapmaq üçün bəzi əsas addımları təqdim edir:
İlham axtar: Moda jurnal və ya sosial media hesablarında bəyəndiyin tərzdə geyinən insanları izləyərək hansı kombinasiyaların sənə xoş gəldiyini müəyyənləşdir.
Dolabını analiz et: Ən çox hansı geyimləri geyindiyini nəzərdən keçir - rənglər, kəsimlər və parçaların sənə nə qədər uyğun olduğunu qiymətləndir.
Fotoşəkillər çəkmək: Gündəlik geyimlərini şəkillərlə qeyd etmək sənə tərzinin əsas nüanslarını anlamağa kömək edə bilər və gələcəkdə seçim etməyini asanlaşdırar.
Əsas geyimlərlə sadə qarderob qur: Ən çox istifadə etdiyin əsas geyimlərlə sadə və uyğun kombinlər yaradaraq baza qur, sonra bunları digər trend parçalarla zənginləşdir.
Fərqlilik qat: Moda trendlərini də əlavə edərək tərzinə fərdilik ver, amma öz rahatlığını və şəxsiyyətini qoruyaraq yeni şeyləri sına və dəyişikliklərə açıq ol.
Əminə Bayramova