
İspaniya hökuməti İsraildəki səfirini birdəfəlik geri çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə krallığın rəsmi hökumət qəzetində dərc olunmuş fərmanda bildirilib.
Fərmana əsasən, xarici işlər naziri Xose Manuel Albarezin təklifi ilə Ana Mariya Salomon Peres İsraildəki İspaniya səfiri vəzifəsindən azad edilib.
Diplomatik nümayəndəliyə yeni rəhbər təyin olunacağı barədə hələlik heç bir məlumat yoxdur.