Martın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,7 faiz artaraq 865,4 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 2,1 faiz artaraq 59,6 min təşkil edib.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 1,5 faiz artıb və 236,4 min olub.