RU

"FIFA Series – 2026" turnirinin Azərbaycandakı oyunlarına bilet satışı başlayıb

Azərbaycanda keçiriləcək "FIFA Series – 2026" turnirin oyunlarının biletləri satışa çıxarılıb.

"Far.Az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan, Oman, Syerra Leone və Sent Lüsiya millilərinin iştirakı ilə gerçəkləşəcək turnirin martın 27-də baş tutacaq ilk matçlarına bilet satışı iticket.az saytı vasitəsilə həyata keçirilir.

Azarkeşlər saat 15:00-da, "Dalğa Arena"da keçiriləcək Oman – Syerra Leone, 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq Azərbaycan – Sent Lüsiya görüşlərinə bilet ala bilərlər.

Избранный
69
7
far.az

10Источники