RU

Azərbaycan təhlükəsizliyin “adası”dır - Latviyanın sabiq prezidenti

Bakı.Trend:

Azərbaycan sivilizasiyanın və təhlükəsizliyin “adası”dır.

Trend xəbər verirki, bunu Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa martın12-14-də keçiriləcək XIII Qlobal Bakı Forumu çərçivəsində təşkilolunan mətbuat konfransında deyib.

“Bu, çox mürəkkəb bir dövrdür. Narahat və çətin dönəmdir.Azərbaycanı təbrik etmək olar ki, o, indiki məqamda sivilizasiyanınvə təhlükəsizliyin bir növ "adasını" təklif edə bilib”, – deyəLatviyanın sabiq prezidenti bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə dünyada baş verən hadisələrheç də yaxşı məcrada inkişaf etmir, yenidən nifrət alovlandırılır,münaqişələr baş verir.

“Buna görə də cəmiyyətlərin hörmət etdikləri və onlarınsülhsevər qalmasına imkan verən dəyərlərə sadiq qalmaları xüsusiləvacibdir. Bunlar hər bir vətəndaşa hörmət göstərilən, insanlarıninsan hüquqlarının qorunacağına, qanunun aliliyinə, fikir və dinazadlığına arxalana bildiyi cəmiyyətlərdir — zorla qəbul etdirilənteokratiya və ya məcburi ideologiya əvəzinə”, – deyə Latviyanınsabiq prezidenti vurğulayıb.

Vayra Vike-Freyberqa qeyd edib ki, bu çox çətin və gərgin dövrdəforum dünyanın istənilən yerində öz gələcəyi və planetin taleyi iləbağlı narahat olan sadə insanlara ümid verə biləcək ideyalarınirəli sürülməsinə kömək edəcək, həmçinin vəziyyətinyaxşılaşdırılmasına yardım edə biləcək mümkün fəaliyyət yollarınıgöstərəcək.

Məqalədə:
Избранный
20
az.trend.az

1Источники