RU

Ürək döyüntüsü, qorxu və gərginlik -Həyəcan pozuntusunun gizli əlamətləri

Heç bir səbəb olmadan yaranan və işə, şəxsi həyata mane olan narahatlıq hissi həyəcan pozuntusunun əlaməti ola bilər. 

Redaktor.az xəbər verir ki, bu haqda psixoterapevt, tibb üzrə fəlsəfə doktoru İrina Kraşkina lenta.ru-ya danışıb.

Onun sözlərinə görə, bəzi hallarda, məsələn, imtahan öncəsi narahatlıq hissi normal sayılır. Lakin həyəcan səbəbsiz şəkildə yaranırsa, demək olar ki, daim davam edirsə və insan onu idarə edə bilmirsə, bu artıq həyəcan pozuntusundan xəbər verə bilər.

Psixoterapevt əlavə edib ki, belə vəziyyətdə insan heç bir təhlükə olmadığı halda belə qorxu hiss edir. Bu isə yuxu rejiminin pozulmasına, iş fəaliyyətinin zəifləməsinə və insanlarla ünsiyyətin çətinləşməsinə səbəb ola bilər.

Həkimin sözlərinə görə, həyəcan pozuntusu zamanı insan daim daxili gərginlik və narahatlıq hiss edir, rahatlaşa bilmir və sanki hər an pis bir hadisənin baş verəcəyini gözləyir. Bu zaman insanın beynində tez-tez “Mənim başıma nəsə gələcək”, “Mən biabır olacağam”, “Bunun öhdəsindən gələ bilməyəcəyəm” kimi obsesiv düşüncələr dolaşır. Nəticədə insan narahatlıq yaradan vəziyyətlərdən – ictimai yerlərdən, nəqliyyatdan, çıxış etməkdən və hətta fiziki fəaliyyətdən qaçmağa çalışır.

O, qeyd edib ki, həyəcan pozuntusunun fiziki əlamətləri də ola bilər. Bunlara ürək döyüntüsünün sürətlənməsi, başgicəllənmə, nəfəs darlığı, titrəmə, həddindən artıq tərləmə, ürəkbulanma, ağız quruluğu və döş qəfəsində sıxılma hissi daxildir. Bu simptomlar insanın gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərə bilər.

Aytəkin TOFİQQIZI

Избранный
54
1
redaktor.az

2Источники