
İrəvan və Bakının kommunikasiyaları açmaq niyyətləri ziddiyyət təşkil etmir və hər iki tərəfin maraqlarına uyğundur.
Missiya.Az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, layihə Ermənistanın qısa, orta və uzunmüddətli məqsədlərinə tam uyğundur və heç bir şəkildə respublikanın ərazi bütövlüyünü və yurisdiksiyasını şübhə altına almır.
"TRIPP (Tramp Marşrutu) layihəsi getdikcə konkretləşəcək. "Yaxın gələcəkdə Ermənistan və ABŞ müvafiq sazişlər imzalayacaq və layihənin praktik icrasına başlanılacaq", - Paşinyan bildirib. Baş nazir əlavə edib ki, İrəvan artıq Azərbaycan üzərindən tranzit yollarından istifadə edir və istənilən vaxt Azərbaycan və Türkiyə arasında tranziti təmin etməyə hazırdır.
İlahə Qənbərli
Missiya.Az