Ajans.az xəbər verir ki,nazirin bu barədə səsləndirdiyi fikirləri "TV2" telekanalı yayımlayıb. "Hökumət liderimizi qətlə yetirdikdən sonra dünya çempionatına qatılmaq üçün heç bir zəmin qalmayıb. İrana qarşı törədilən vəhşi hücumları - cəmi səkkiz-doqquz ay ərzində iki müharibənin baş verməsini və minlərlə həmvətənimizin həyatını itirməsini nəzərə alsaq, mövcud şəraitdə turnirdə iştirak etmək imkanımız xaricindədir", - deyə Donyamali vurğulayıb.