RU

Tehran hücum taktikasını dəyişir

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tehran ABŞ və İsrail ilə münaqişədə taktikasını dəyişdirib və indi cavab zərbələri əvəzinə hücum strategiyasını seçəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının bəyanatına istinadən məlumat yayıb.

"Cavab hücumları siyasəti başa çatıb, bundan sonra zərbə endirən tərəf olacağıq", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
55
2
oxu.az

3Источники