RU

“Xəzər dənizinə atılan tullantıların tərkibində kimyəvi maddələr olduğu üçün uzun müddət sahil boyu suda qala bilirlər”

ain.az bildirir, Bizimyol portalına istinadən.

Biz tez-tez görürük ki, vətəndaşlar sosial şəbəkədə dəniz kənarında ölmüş heyvanların görüntülərini paylaşır. Bir neçə gün öncə bir vətəndaş Bilgəh qəsəbəsində dəniz kənarında yüzlərlə quşun cəsədinin aşkar edildiyini bildirmiş, video görüntüsünü paylaşmışdı. Onun sözlərinə görə, quşlar sahil boyu səpələnmiş vəziyyətdədir.Bu hadisənin ekoloji səbəbləri nə ola bilər və hansı tədbirlərin görülməsi planlaşdırılır?

Ekoloq Sadiq Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Xəzər dənizinin Bakı ərazisində sahil zonaları həddindən artıq çirklənmişdir: “Uzun illər ərzində sanitar məişət sularının, eyni zamanda sənaye sularının bir çox ərazilərdə utilizasiya olunmadan birbaşa Xəzər dənizinə axıdılması Xəzər dənizinin uzun müddətli çirklənməsinə səbəb olmuşdur. Həmin tullantıların tərkibində ağır metallar, müxtəlif karbohidrogenlər, kükürd, fosfor, azot və digər kimyəvi maddələr olduğu üçün uzun müddət sahil boyu suda qala bilirlər. Bunun nəticəsində Xəzər dənizinin təxminə 2 metrə yaxına qədər geri çəkilməsi, səviyyəsinin aşağı düşməsi nəticəsində müəyyən ərazilərdə həmin o çirkablar üzə çıxıb. Dəniz sahilində yaşayan quşlar əsasən sahildən qidalanır və bu qidalanma nəticəsində çox güman ki, zəhərlənmə baş verib. Belə hallar müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər. Bəzi hallarda isə suitilərin də cəsədləri aşkar olunur. Xüsusilə, son dövrlər Azərbaycan sahillərində suitilər çox azalıb. Onlar Qazaxıstan sahilində ölü vəziyyətdə tapılırlar”.

Sadiq Həsənov

“Ümumiyyətlə, Xəzər dənizində uzun müddət neft və qaz hasilatı aparıldığı, həmçinin tranzit fəaliyyətləri həyata keçirildiyi üçün dənizdə ciddi çirklənmə müşahidə olunur. Zaman-zaman dənizin geri çəkilməsi bu çirklənmiş materialların üzə çıxmasına səbəb olur. Günəşin təsirindən kimyəvi çevrilmələr baş verir və nəticədə daha zərərli maddələr əmələ gəlir ki, bu da balıqlar, digər canlılar və quşlar arasında müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Düşünürəm ki, quş cəsədlərinin aşkar olunmasının səbəbi məhz həmin ərazidə bu xəstəliklərin mövcudluğu ilə bağlıdır”-deyə Sadiq Həsənov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
70
bizimyol.info

1Источники