RU

"Qarabağ erməniləri Ermənistan vətəndaşlığını almalıdır" - Paşinyan

Bizim üçün vacib məsələlərdən biri Qarabağı tərk edən ermənilərin emosiyalarından sui-istifadə edilməməsidir.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa parlamentində çıxışı zamanı deyib. Paşinyan bildirib ki, Qarabağ erməniləri Ermənistan vətəndaşlığını almalı və Ermənistan Respublikasında daimi yaşamalıdırlar:

"Qarabağdan olan ermənilər Azərbaycan ərazisinə qayıtmaq barədə heç bir illüziya bəsləməməlidirlər. Biz artıq onların məskunlaşması proqramını başlamışıq və bu proqram 4 886 ailəyə fayda gətirib. Bu məsələnin həllində sülhün möhkəmləndirilməsi üçün beynəlxalq tərəfdaşlarımızdan maksimum dəstəyə ehtiyacımız var”.

Избранный
82
50
unikal.az

10Источники