RU

Xameneinin oğlu komadadır? Kərəmi ünvan açıqladı, vəziyyət qarışdı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

İran dövlət televiziyası və radiosunun keçmiş aparıcısı Ehsan Kərəmi Müctəba Xameneinin Tehrandakı Sina Xəstəxanasına yerləşdirildiyini iddia edib.

Onun sözlərinə görə, Xamenei mədəsindən və ayağından ciddi xəsarətlər alıb, süni tənəffüs aparatına qoşulub. Kərəmi bildirib ki, hazırda onun müharibənin başladığını və ailəsinin bombardman nəticəsində öldüyünü, özünün isə lider olduğunu dərk edib-etmədiyi məlum deyil.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, ABŞ və İsrailin İrana hərbi müdaxiləsinin bir sıra səbəbləri olub:

“Bu müdaxilənin əsas məqsədlərindən biri ali liderin qətlə yetirilməsi ilə İran rejimində dəyişiklik yaratmaq idi. Hərbi baxımdan bu məqsədə müəyyən qədər nail olunsa da, idarəetmə və siyasi baxımdan nəticə əldə edilmədi. Əksinə, Ali Rəhbər Ayətullah Əli Xameneinin həlak olması cəmiyyətdə, xüsusilə dini radikal qruplar və SEPAH-ın təsir dairəsində olan təbəqələrdə konsolidasiya yaratdı. Ali liderin şəhid olması fikri geniş şəkildə səslənməyə başladı. 90 yaşına çatmış bir şəxsin şəhid elan edilməsi dini baxımdan rejim üçün əlavə legitimlik və imkanlar yaratdı.

Bundan sonra lidersiz qalan İran cəmiyyəti çökmədi, mərhum Ayətullahın oğlu Müctəba Xamenei yeni dini lider seçildi. İran sistemində ali lider bütün dövlət qurumlarına nəzarət edir. Onun həyatda olduğu dövrdə də oğlu sistemdə artıq nüfuz sahibi idi. Hərbi müdaxilə bu proqnozları sürətləndirib. Müctəbanın yaralı olması barədə də məlumatlar var ki, bu vəziyyət İsrail və ABŞ-ın onu da aradan götürmək istəməsi barədə şübhələr yaradır. Bu müdaxilə ilə həm hərbi, həm də siyasi elitanın zəiflədilməsi planlanır.

Vaşinqton da yaxşı başa düşür ki, əlverişli fürsətdən istifadə olunmalıdır. Əks halda, sülh prosesinı qayıdılarsa, rejimin devrilməsi illərlə uzana bilər. Digər tərəfdən, İranın şərtləri qəbul etməyə məcbur qalması da mümkündür”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
globalinfo.az

1Источники