İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bir qədər əvvəl 3-ü diplomat olmaqla 36 İndoneziya vətəndaşı İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub.
Bundan əlavə 5 Çin və 1 Kanada vətəndaşı İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub.