RU

Ehtiyatsızlıqdan övladını öldürən ananı hansı cəza gözləyir? AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Cəlilabadda 2011-ci il təvəllüdlü Mirkamal Abdulhüseynli evdə bıçaqla ət doğranarkən ehtiyatsızlıq nəticəsində aldığı xəsarətdən ölüb; araşdırmalar göstərir ki, hadisə zamanı anası Səliqə Abdulhüseynova onu itələyib və bıçaq xəsarəti almasına səbəb olub. Polis və prokurorluq faktla bağlı araşdırma aparır, qadın saxlanılıb.Məsələ ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, Maddə 124 Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ehtiyatsızlıqdan adam öldürmə halları ilə bağlı tənzimləmələri özündə əks etdirir:"Bu maddəyə əsasən, əgər bir şəxs ehtiyatsızlıq nəticəsində başqasının ölümünə səbəb olarsa, onun hüquqi məsuliyyəti müəyyən edilmiş cəzalarla bağlıdır. 124.1-ci bənd ehtiyatsızlıq nəticəsində bir nəfərin ölümünə səbəb olan şəxsləri əhatə edir. Belə hallarda şəxs ya iki ilədək müddətə islah işlərinə, ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılmasına, ya da üç ilədək müddətə azadlıqdan məhrum edilməyə məhkum oluna bilər. Bu, hüquq sistemi tərəfindən ehtiyatsızlıqla törədilən ölüm hallarının cəzalandırılmasının bir formasıdır".Vəkil deyib ki, 124.2-ci bənd isə daha ciddi halları nəzərdə tutur."Əgər ehtiyatsızlıq nəticəsində iki və ya daha çox insanın ölümü baş verərsə, məsuliyyət artır və şəxs iki ildən altı ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Bu, çoxsaylı ölümlərə səbəb olan ehtiyatsız hərəkətlərin ağır cinayət hesab olunmasının göstəricisidir. Bu maddənin məqsədi ehtiyatsızlıq nəticəsində baş verən ölüm hadisələrini hüquqi cəhətdən tənzimləmək, həm şəxsiyyətin hüquqlarını qorumaq, həm də cəmiyyət üçün təhlükəsizliyi təmin etməkdir. Hüquq sistemi bu hallarda məsuliyyətin dərəcəsini ölüm hallarının sayına və ehtiyatsızlığın nəticələrinə görə müəyyən edir"- deyə o bildirib. Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
77
demokrat.az

1Источники