RU

Vaşinqtonun İran siyasəti iflasa uğrayır? -ŞƏRH

"ABŞ/İsrail-İran münaqişəsinin gedişatı göstərir ki, Donald Trampın əslində burada “B variantı” yoxdur. Yəni Trampın İranla münasibətlərinin necə davam etdirilməsi və yekun nəticələrlə bağlı konkret hədəfi görünmür".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev ABŞ Prezidenti Donald Trampın İranla müharibəni bitirmək istəməsindən danışarkən bildirdi.

O qeyd etdi ki, Tramp əvvəlcə müharibəni Venesuela nümunəsində olduğu kimi bir neçə gün ərzində yekunlaşdırmaq istəyirdi, lakin bu baş tutmadı:

"Daha sonra 4-6 həftəlik müddət müəyyən edildi. İndi isə Tramp gah müharibədə özünü qalib elan edir, gah müharibədən çıxmağı düşündüyünü deyir, gah da əməliyyatların tezliklə başa çatacağını bildirir".

Siyasi şərhçi əlavə etdi ki, Tramp eyni zamanda ziddiyyətli açıqlamalar da verir:

"İranın parçalana biləcəyini, rejimin dəyişdirilə biləcəyini və ya İranın daha güclü zərbə ilə vurula biləcəyini söyləyir. Bütün bunlar göstərir ki, faktiki olaraq ABŞ-nin əsas variantı, yəni İran hakimiyyətinin yuxarı eşalonunun kənarlaşdırılması və ölkədə özlərinə loyal siyasi qüvvələrin hakimiyyətə gətirilməsi planı baş tutmayıb. Ancaq görünən odur ki, alternativ planlar da yoxdur və eyni zamanda bu münaqişə və müharibədən çıxış strategiyası da formalaşmayıb. Buna görə də yaxın zamanda Trampdan yenə bu cür təzadlı və bir-birini təkzib edən açıqlamaların şahidi olacağıq".

Xədicə BAXIŞLI

Избранный
76
1
redaktor.az

2Источники