RU

Yevlax Yük Avtonəqliyyat və Ucar İnşaat Xidmət ASC lərin səhm paketləri özəlləşdirilib

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 10-da keçirilən hərracda 2 səhmdar cəmiyyətinin səhm paketi və 13 nəqliyyat vasitəsi satılıb.

Hərracda  "Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib.

Rəqabətli keçən hərracda start qiyməti 7.000 manat olan “KAMAZ 4326” markalı yük avtomobili 19.900 manata, 7.500 manat olan “Iveco” markalı mikroavtobus isə 17.600 manata satılıb.

Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, 17 mart tarixində keçiriləcək növbəti hərraca 44 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
2
marja.az

3Источники