RU

Rusiyaya məxsus PUA Xersonda avtobusu vurub: yaralananlar var

ain.az bildirir, Azxeber.com portalına istinadən.

Rusiya Silahlı Qüvvələri Xersonda (Ukrayna) PUA ilə avtobusa hücum edib, nəticədə 19 nəfər yaralanıb.

Bu barədə "RBK-Ukrayna" Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin "Telegram" kanalına istinadən məlumat yayıb.

Məlumata görə, marşrut avtobusuna endirilən zərbə nəticəsində 19 nəfər, o cümlədən 17 yaşlı yeniyetmə xəsarət alıb. Yaralılardan azı birinin vəziyyəti kritikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
78
2
azxeber.com

3Источники