RU

Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcəkVİDEO

Azərbaycanda yeni avtobus kartları istifadəyə veriləcək, ödəniş məsafəyə görə ediləcəcək.

Xezerxeber.az-ın məlumatına görə, ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti illərdə mühüm dəyişikliklər planlaşdırılır.

Bu dəyişikliklər çərçivəsində 2026-2028-ci illər ərzində "brutto müqavilə" modelinə mərhələli keçid nəzərdə tutulur".

Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiq ediləcək.

Bəs yeni sistem nələri dəyişəcək?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, mərhələli keçid ictimai nəqliyyatı daha əlçatan edəcək. Bundan əlavə, tələbələr, müharibə veteranları və digər həssas sosial qruplar üçün güzəştli bilet paketlərinin tətbiqi də planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
26
4
xezerxeber.az

5Источники