RU

ABŞ Rumıniyada kontingent yerləşdirmək niyyətindədir

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Yaxın Şərqdəki əməliyyatlar üçün müvəqqəti olaraq Rumıniyaya 500-ə qədər əsgər və qırıcı təyyarə göndərə bilər.

Yeniavaz.com xəbər verir ki, “Bloomberg” bu barədə mənbələrə istinadən məlumat yayıb.

“Vaşinqton daha geniş logistika və yanacaqdoldurma əməliyyatlarının aparılacağı Mixail Koqalniçeanu Hava Bazasına bir neçə təyyarə göndərmək niyyətindədir... ABŞ həmçinin Rumıniyaya 500-ə qədər əsgər göndərməyi planlaşdırır”, - agentliyin mənbələri bildirib.

“Reuters” agentliyi mənbəyə istinadən bildirib ki, Rumıniya ABŞ-nin öz qoşunlarını yerləşdirmək tələbini təsdiqləyəcək.

Qeyd olunur ki, Rumıniya hakimiyyəti Vaşinqtonun Qara dəniz hava bazasına müvəqqəti olaraq qırıcı təyyarələr yerləşdirmək tələbini təsdiqləməyə hazırdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
96
2
yeniavaz.com

10Источники