RU

Tamer Karadağlı: Azərbaycanda olduğum üçün çox xoşbəxtəm, yenidən ata torpağıma qayıtdım

ain.az, Baku.ws saytına istinadən bildirir.

Dövlət Akademik Milli Dram Teatrının binasında əsl bayram ab-havası hiss olunur. Buna səbəb Milli Teatr Gününün qeyd olunmasıdır.

Qeyd edək ki, Milli Teatr Günü ilk dəfə digər türkdilli xalqların teatr nümayəndələri ilə birlikdə qeyd olunur.

"Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. Yenidən ata torpağıma qayıtdım. Son iki gündə keçirdiyimiz görüşlərdə çox müsbət irəliləyişlər müşahidə olunur. Çünki artıq türk dünyasının mədəniyyət sahəsində də ortaq işlər görməsi baxımından bu görüşləri çox önəmli hesab edirəm. Sözügedən irəliləyişlər və müzakirələr yalnız burada qalmayacaq, artıq praktik şəkildə həyata keçiriləcək", - deyə Türkiyə Dövlət Teatrlarının baş direktoru Tamer Karadağlı Baku TV-yə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
baku.ws

1Источники