RU

Nigeriyanın daha üç vətəndaşı İrandan Azərbaycana təxliyə olunub - YENİLƏNİB-4

Bu gün saat 19:00-dan 21:00-dək 3 Nigeriya vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Bununla da İrandan Azərbaycana təxliyə olunan Nigeriya vətəndaşlarının sayı 13-ə çatıb.

Bu gün 16:00-dan 19:00-dək İndoneziyanın 36, Çinin isə 3 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.

Bu barədə "Far.Az"un Cənub bürosu xəbər verir.

Təxliyə olunan İndoneziya vətəndaşlarından 3-ü diplomatdır.

Onlar sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.

İrandan saat 12:00-dan 14:00-dək daha 23 nəfərin Azərbaycana təxliyəsi baş tutub.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, təxliyə olunanların 11-i Azərbaycan, 12-si isə Çin vətəndaşıdır.

Həmin şəxslərin təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

İrandan saat 10:00-dan 12:00-dək daha 2 Azərbaycan, 3 Pakistan, 2 Avstraliya vətəndaşı təxliyə edilib.

"Far.Az" Cənub bürosu xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

29 Çin vətəndaşı da bu gün "Astara" dövlət sərhədindən Azərbaycana təxliyə edilib.

İrandan martın 11-də saat 00:00-10:00 aralığında daha bir Azərbaycan vətəndaşı təxliyə olunub.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, onun təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Избранный
44
1
far.az

10Источники