RU

Onların ixtisar qorxusu bitir AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılmasının qadağan edilməsi ilə bağlı təklif edilən qərar əmək bazarında yeni müzakirələrə səbəb olub. Bu dəyişiklik yaşlı işçilərin məşğulluq imkanlarının qorunması və sosial təminatının gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Eyni zamanda, qərarın işəgötürənlərin davranışına, əmək bazarında rəqabətə və məhsuldarlıq göstəricilərinə mümkün təsirləri də diqqət mərkəzindədir. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycanda pensiya yaşına yaxınlaşan və ya artıq pensiya yaşında olan şəxslər üçün əmək bazarında digər yaş qrupları ilə müqayisədə xüsusi fərqləndirmə və ya üstünlük nəzərdə tutulmur. "Yeni iş yerləri yarandıqda işəgötürənlər əksər hallarda daha gənc və çevik işçi qüvvəsinə üstünlük verirlər. Bunun əsas səbəbi isə gənclərin sağlamlıq baxımından daha dayanıqlı olması və iş prosesində daha çevik fəaliyyət göstərə bilmələri ilə izah olunur. Bu isə xüsusilə pensiya yaşına yaxınlaşan şəxslərin əmək bazarında müəyyən çətinliklərlə qarşılaşmasına səbəb olur. Onların rəqabət imkanları nisbətən azalır. Hətta mətbuatda və parlament müzakirələrində dəfələrlə belə təkliflər səsləndirilib ki, pensiya yaşına az müddət qalan, məsələn, iki və ya üç il qalan şəxslərin ixtisar edilməsi qadağan olunsun və ya bu kateqoriyaya müəyyən üstünlüklər verilsin. Lakin hələlik bu kimi təkliflər Əmək Məcəlləsində rəsmi şəkildə təsbit olunmayıb və əsasən müzakirə səviyyəsində qalır".Ekspert bildirib ki, tez-tez Avropa ölkələrinin təcrübəsi nümunə kimi göstərilir. "Çünki əmək hüquqlarının qorunması və işçi bazarında bərabər imkanların yaradılması baxımından inkişaf etmiş ölkələrin təcrübəsi daha genişdir. Avropa ölkələrində yaşlı işçilərin əmək bazarında qalmasını təşviq etmək üçün müxtəlif stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Məsələn, işəgötürənlər üçün müəyyən güzəştlər nəzərdə tutulur, eyni zamanda yaşlı işçilərin yeni bacarıqlar qazanması üçün xüsusi təlim proqramları təşkil edilir. Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atıla bilər. Məsələn, yaşlı insanların məşğulluğunu artırmaq üçün məsafədən işləmə imkanlarının genişləndirilməsi və rəqəmsal bacarıqlarının artırılması effektiv vasitələrdən biri ola bilər. Eyni zamanda demoqrafik proseslər, təbii artım tempinin azalması və əhalinin yaşlanması gələcəkdə əmək bazarında gənc işçi qüvvəsinin sayının azalmasına səbəb ola bilər. Bu isə dövlətin yaşlı təbəqənin əmək bazarında qalmasını və onların layiqli iş imkanlarına çıxışını təmin etməsini daha da vacib edir".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
demokrat.az

1Источники