RU

Azər Əliyevə yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Milli Olimpiya Komitəsində təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.

News365.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.


Bildirilib ki, komissiyanın sədri MOK-un baş katibi Azər Əliyev təyin olunub.

Komissiyanın tərkibində Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağızadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və Atletlər Komissiyasının sədri Fəridə Əzizova yer alıblar.

"Komissiya idman mühitində etik dəyərlərin qorunmasına, idmançıların rifahının təmin olunmasına və təhlükəsiz idman mühitinin inkişafına töhfə verəcək", - məlumatda bildirilib.
Избранный
77
16
news365.az

10Источники