Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Bakıda səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
"Təşəkkür edirəm İlham Əliyev, Bakıda səmimi qəbula görə sağ olun. Mən gələcəyə dair ortaq baxışımızı əks etdirən, Aİ ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üzrə yeni çərçivə proqramı üzərində işimizin davam etdirilməsini səbirsizliklə gözləyirəm. Artan qlobal gərginlik və qeyri-sabitlik şəraitində aramızdakı əlaqələrin möhkəmləndirilməsi həmişəkindən daha vacibdir", - Koşta qeyd edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта