ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
''Qalatasaray''ın Çempionlar Liqasının 1/8 finalında evdə ''Liverpul''u 1:0 məğlub etdiyi qarşılaşmada yerli fanatların tribunada Viktor Osimhen üçün düzəltdikləri gözəl performans yaddaqalan oldu. "Football-plus.az" xəbər verir ki, açılan nəhəng şəkildə Osimhen qucağında özünün uşaqlıq versiyasını tutur və onlar belə desək, xarabalıqdan gedirlər. Onlara kənardan futbolçunun anası baxır. Nigeriyalı forvard bir ay öncə ''Player's Tribune'' platformasında həyatı ilə bağlı yazdığı yazıda uşaqlıqda yaşadığı çətinliklərdən və anasını 2-3 yaşında itirməsindən danışmışdı. Osimhen oyun öncəsində tribunada düzəldilən şəkili gördükdən sonra ağlamağa başladı. O, qələbəyə məhsuldar ötürmə ilə töhfə verdi. Osimhen oyundan sonra isə bunları dedi:
''Bura ayaq basdığım gündən bəri çox xoşbəxtəm. Bu forma mənim üçün özəldi. Anamı çox kiçik yaşda itirdim. Bu görüntü məni çox duyğulandırdı. Biz ''Qalatasaray'' fanatları ilə birlikdə böyük bir ailəyik. Tam səmimi şəkildə deyirəm ki, onların bu addımını, bu sevgisini həyatımın sonuna qədər unutmayacam. Gəldiyim gündən bəri məni və ailəmi böyük sevgi ilə qarşıladılar. Belə anlar mənə futbolun sadəcə bir oyun olmadığını xatırladır. Meydana hər çıxdığımda bu forma, bu klub və bu möhtəşəm fanatlar üçün savaşmaqda davam edəcəyimə söz verirəm. Bu gecəni mənim üçün unudulmaz etdiklərinə görə minnətdaram''.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.