RU

Antonio Koşta İlham Əliyevə təşəkkür etdi

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Bakıda səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.Metbuat.az xəbər verir ki, o, bu barədə Azərbaycan lideri ilə görüşdən sonra "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Təşəkkür edirəm İlham Əliyev, Bakıda səmimi qəbula görə sağ olun. Mən gələcəyə dair ortaq baxışımızı əks etdirən, Aİ ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üzrə yeni çərçivə proqramı üzərində işimizin davam etdirilməsini səbirsizliklə gözləyirəm. Artan qlobal gərginlik və qeyri-sabitlik şəraitində aramızdakı əlaqələrin möhkəmləndirilməsi həmişəkindən daha vacibdir", - Antonio Koşta qeyd edib.

Избранный
22
9
metbuat.az

10Источники