RU

Könül Həmzəyeva saxlanılıb

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb.

Moderator.az "Unikal"a istinadən xəbər verir ki, Könül Həmzəyeva Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.

O, külli miqdarda dələduzluqda ittiham olunur. Bir neçə gün əvvəl K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilmişdi.

Qeyd edək ki, bir ay əvvəl tanınmış influenserlər Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət ediblər. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib və Könülün onların 150 min manatını mənimsədiyini bildiriblər.

Избранный
63
14
moderator.az

10Источники