RU

Astanada keçiriləcək sərgi 30 ölkədən 300 dən çox şirkəti bir araya gətirəcək

Yeniazerbaycan portalından alınan məlumata görə, ain.az xəbər verir.

“RES 2026 EXPO” Beynəlxalq Sərgisi 22-24 aprel 2026-cı il tarixlərində Astanada Mərkəzi Asiya Regional Ətraf Mühit Sammiti (RES-2026) çərçivəsində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir Mərkəzi Asiyada davamlı inkişaf üzrə dialoq üçün əsas platforma olacaq.

“RES 2026 EXPO” ətraf mühitin transformasiyası üçün real texnologiyalar və innovativ həlləri nümayiş etdirən peşəkar platformadır. Dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes strukturlarının, maliyyə institutlarının, elmi və ekspert icmalarının nümayəndələri bu tədbirdə iştirak edəcəklər. Ümumilikdə, 30 ölkədən 300-dən çox şirkət, 1500-dən çox nümayəndə və 20.000-dən çox ziyarətçinin iştirakı gözlənilir.

Sərgidə səkkiz tematik zona olacaq. “RES 2026 EXPO” investisiyaların cəlb edilməsi, tərəfdaşlığın inkişaf etdirilməsi və yaşıl iqtisadiyyat məsələləri üzrə dialoqun təşviqi üçün əsas beynəlxalq platforma olacaq.

Tədbir Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunur. Sərginin təşkilinə Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzi kömək edir. Tədbirin operatoru “BusinessFirst” MMC-dir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
57
3
yeniazerbaycan.com

4Источники