RU

Ukraynanın dron mütəxəssisləri Yaxın Şərqə yollandı -Zelenski

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və pilotsuz uçuş aparatları üzrə mütəxəssislərdən ibarət qruplar Yaxın Şərqə yollanıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.

“Üç qrupumuz Yaxın Şərqə gedib. Bu gün hərbçilər artıq danışıqlar aparır və işləyirlər. MNMŞ katibi Rüstəm Umerov bu gün əməkdaşlıq istiqamətlərini müzakirə etmək üçün BƏƏ-yə gəlib”, -  deyə Zelenski bildirib.

Zelenski əlavə edib ki, Umerov bundan sonra daha bir sıra ölkələrə, o cümlədən Səudiyyə Ərəbistana səfər edəcək.

Xədicə BAXIŞLI

 

Избранный
78
redaktor.az

1Источники