RU

MOK-da Təhlükəsiz İdman Komissiyası yaradılıb

Bakı. Trend:

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) idman mühitində iştirakedən bütün şəxslərin, xüsusilə idmançıların hüquq və rifahınınqorunması istiqamətində ardıcıl addımlar atır. Bu strategiyanındavamı olaraq, təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi vəmüstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdmanKomissiyası yaradılıb.

MOK-dan Trend-ə verilən məlumata görə, komissiya idman mühitindəetik dəyərlərin, dürüstlüyün və ədalətli qərarlarınmöhkəmləndirilməsinə töhfə verəcək, qəbul edilən siyasətlərinbeynəlxalq standartlara uyğunluğunu qiymətləndirəcək və stratejitövsiyələr təqdim edəcək.

Komissiyanın tərkibi müxtəlif sahələrdə təcrübəyə malikşəxslərdən formalaşıb:

Azər Əliyev – Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi,Təhlükəsiz İdman Komissiyanın sədri;

Təhminə Tağı-zadə – Azərbaycan Milli Antidopinq Agentliyininicraçı direktoru;

Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri;

Fəridə Əzizova – Atletlər Komissiyasının sədri;

Elgün Səfərov – Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin şöbə müdiri.

Yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların vəgənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idmandəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcək.

Избранный
92
2
az.trend.az

6Источники