RU

Pakistan donanması Hörmüz boğazında bir ilki reallaşdırdı

Hörmüz boğazında artan müharibə riski və gəmi hərəkətinin demək olar ki, dayandığı bir vaxtda, Pakistan Hərbi Dəniz Qüvvələri mühüm əməliyyata başlayıb. Pakistan donanması neft və ticari yükləri daşıyan gəmiləri müşayiət edərək bölgədən təhlükəsiz keçidi təşkil edən ilk hərbi dəniz qüvvəsi oldu.

Milli.Az xəbər verir ki, Pakistan tərəfi regiondakı qeyri-sabitlik və yanacaq tədarükündə yarana biləcək kəsilmələrə qarşı "Muhafiz-ul-Bəhr" (Dəniz Mühafizəçisi) adlı hərbi əməliyyata başlayıb.

Pakistan hərbi gəmiləri xüsusilə yanacaq və mühüm yük daşıyan ticari gəmiləri yaxın məsafədən müşayiət edərək onları qoruyur.

Ölkə ticarətinin 90%-i dəniz yolu ilə həyata keçirildiyi üçün bu marşrutun təhlükəsizliyi Pakistan üçün həyati əhəmiyyət kəsb edir.

ABŞ və İsrailin İrana qarşı hücumları və Tehranın cavab zərbələrindən sonra boğazda vəziyyət kritikləşib:

Sığorta şirkətləri hərbi risklər səbəbindən poliçələri ləğv etdiyi üçün bir çox tanker şirkəti keçidləri dayandırıb.

Tarixi göstəricilərə görə gündəlik ortalama 138 gəmi keçdiyi halda, hazırda bu rəqəm sıfıra yaxınlaşıb.

Hörmüz boğazı qlobal neft tələbatının təxminən 20%-ni qarşılayan strateji keçiddir.

Gündəlik ortalama 20 milyon barel (15 milyon xam neft, 5 milyon neft məhsulu) bu boğaz vasitəsilə dünya bazarlarına daşınır.

Ekspertlərin fikrincə, bu boğazın tamamilə bağlanması 1973-cü il neft embarqosu və ya 1979-cu il İran inqilabı zamanı yaşanan böhranlardan qat-qat böyük bir "tədarük şoku" yarada bilər.

Lalə Qüdrətova
Milli.Az

Избранный
85
2
milli.az

10Источники