RU

İsraildən Hizbullahın əməliyyatına: Cavabı sərt olacaq!

İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahiya bölgəsində Hizbullahın infrastrukturuna genişmiqyaslı zərbələr dalğasına başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, həmçinin hava hücumundan müdafiə sistemləri tərəfindən İsrailə atılan raketlərin qarşısının alınması əməliyyatları davam edir.

Əlavə edilib ki, İsrail mülki əhalisinə qarşı hər hansı hücuma dözməyəcək və ölkəyə yönələn istənilən təhdidə sərt cavab veriləcək.

Qeyd edək ki, bir müddət öncə Hizbullah İsrailə qarşı "Sovurucu külək" əməliyyatına başladığını elan edib. Bu çərçivədə 100 raket atılıb. /axar.az/

Избранный
31
1
turkustan.az

2Источники