RU

Bakıda tarixi bina qəzalı vəziyyətdədir – VİDEO

Bakıda tarixi peşə liseyinin binası qəzalı vəziyyətdədir.

NOCOMMENT.az xəbər verir ki, söhbət Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 15 saylı Bakı Peşə Liseyində gedir.

Birmərtəbəli tikili 1884-cü ildə Bakının iri neft sahibkarları tərəfindən “Bakı Neft Sənayeçiləri İttifaqı” üçün inşa edilib. Bu bina paytaxtın sənaye tarixini əks etdirən nadir tikililərdən biri hesab olunur. Hazırda binada 15 nömrəli lisey fəaliyyət göstərməsi ilə bağlı lövhə əks olunsa da, bu təhsil müəssisəsinin giriş qapısı bağlıdır.

Sakinlərdən öyrəndik ki, iki ilə yaxındır peşə liseyinin şagirdləri binanın qəzalı vəziyyətdə olduğundan ərazidən köçürülüb, amma uzun bir müddət keçməsinə baxmayaraq, hələ də təmir işlərinə başlanılmayıb.

Peşə liseyinin inzibati işlər üzrə koordinatoru Rövşən Məmmədov sorğumuza cavab olaraq bildirdi ki, lisey hazırda Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – Maştağa korpusunda fəaliyyətini davam etdirir.

Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirildi ki, binanın təmiri ilə bağlı məsələlər hazırda müvafiq mərkəz tərəfindən müəyyənləşdirilmək mərhələsindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Избранный
42
1
nocomment.az

2Источники