RU

Azərbaycan heç vaxt təzyiq və təhdid qarşısında geri çəkilməyib

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"2026-cı ilin mart ayında İran tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı törədilmiş təxribat birbaşa Azərbaycan dövlətinin suverenliyinə, ərazi bütövlüyünə və dinc əhalinin təhlükəsizliyinə qarşı yönəlmiş açıq terror aktıdır. Pilotsuz uçuş aparatları vasitəsilə məktəbin və hava limanının hədəfə alınması, beynəlxalq hüququn normalarının kobud şəkildə tapdalanması deməkdir və heç bir halda qəbul edilə bilməz".Bunları Newscenter.az-a Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsinin hüquqi işlər üzrə müavini Dürdanə Qaraşova deyib. O bildirib ki, bu hadisə nəticəsində bir neçə mülki şəxs xəsarət alıb, həmçinin obyektlərə zərər dəyib:"Təəssüf ki, bu hadisə nəticəsində dinc sakinlər, o cümlədən məktəblilər də təhlükəyə məruz qaldılar. Uşaqlar bu hadisədən yalnız fiziki deyil, həm də psixoloji olaraq təsirləndilər. Halbuki onlar təhlükəsiz mühitdə böyüməli, azad və sərbəst şəkildə təhsil almalıdırlar". Dürdanə Qaraçova qeyd edib ki, bu təkcə bir bölgəyə deyil, bütövlükdə Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bir təxribat idi:"İlham Əliyev hadisəni terror aktı kimi qiymətləndirib və hücumun mülki obyektləri hədəf aldığını bildirib. Dövlət başçımız İran tərəfinin məsuliyyət daşıdığını vurğulayıb, rəsmi izahat verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyini və ərazi bütövlüyünü hər zaman üstün tutur.Biz bu hücumu qətiyyətlə pisləyirik. İran tərəfi bu hücuma görə məsuliyyət daşıyır və baş verənlərə görə izahat verməli, günahkarlar cəzalandırılmalıdır". Onun sözlərinə görə, Azərbaycan xalqı belə çətin anlarda öz birliyini qoruyur və dövlətinin yanında dayanır:"Bu cür hadisələr xalqımızın iradəsini sarsıtmır, əksinə, bizi daha da birləşdirir. Azərbaycan heç vaxt təzyiq və təhdid qarşısında geri çəkilməyib. Dövlətimiz güclüdür və ölkəmizin təhlükəsizliyi üçün bütün zəruri addımlar atılacaq. Əsas məqsəd sülhün və sabitliyin qorunması, vətəndaşlarımızın təhlükəsiz həyatının təmin edilməsidir.Biz Azərbaycan xalqı olaraq dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşərək ölkənizin təhlükəsizliyi və suverenliyi naminə atılan bütün addımların arxasındayıq. Dövlətimiz daim güclü, xalqımız isə hər zaman öz liderinin yanındadır".Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
58
1
newscenter.az

2Источники